Qarabağාකා
![]() |
Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediya kömək edə bilərsiniz. Əgər mümkündürsə, daha dəqiq bir şablondan istifadə edin. Bu məqalə sonuncu dəfə Turkmen tərəfindən redaktə olundu. 0 saniyə əvvəl. (Yenilə) |
Qarabağ —Azərbaycanın tarixi-etnoqrafik vilayəti.
1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Cavanşir sülaləsindən olan Pənahəli xan Qarabağ xanlığının əsasını qoymuşdu. Qarabağ xanlığı Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi.[1]
Səfəvi dövründə Qarabağ bəylərbəyliyinin paytaxtı Gəncə şəhəri olduğu üçün sonralar isə Əfşar imperiyası dövründə Qarabağ vilayəti Azərbaycan bəylərbəyliyinin paytaxtı Təbriz şəhərinə tabe olduğu üçün Qarabağ xanlığının yarandığı zaman burada sosial-iqtisadi mərkəz rolunu oynayan şəhər yox idi. Pənahəli xan bu məqsədlə 1748-ci ildə Kəbirli mahalında Bayat qalasının tikilməsini əmr etdi.[2] 1751-ci ildə isə Pənahəli xan Ağdam yaxınlığında Şahbulaq yaylağında daha möhkəm qala, yəni Şahbulaq qalasını tikdirdi. Lakin bu qala da coğrafi cəhətdən əlverişli yerdə yerləşmədiyi üçün Şuşakənddən bir qədər aralı,hündür,sıldırım dağ üstündə qalanın, Şuşa qalasının inşasına başlandı və 1756-1757-ci illərdə tikilib başa çatdırıldı. Qala Pənahabad, və ya Şuşa adlandırılırdı.[2]
1763-cü ildə Pənahəli xanın ölümündən sonra hakimiyyətə İbrahimxəlil xan gəldi. Məlikliklərə qarşı uğurlu müharibələr aparıldı. Ədəbiyyat və elm sahəsində Pənahəli xan dövrünə nisbətən daha çox irəliləyiş oldu.[3] İbrahimxəlil xanın dövründə Şuşada Gövhərağa məscidi inşa olundu. Lakin İbrahimxəlil xanın hakimiyyətinin sonlarında xüsusən də Ağaməhəmməd şah Qacarın yürüşlərindən və Rusiya-Qacar müharibələrindən sonra xanlıq zəifləməyə başladı. Ağaməhəmməd şah Qarabağa 1795 və 1797-ci illərdə 2 yürüş etdi. İkinci yürüşdə Şuşa qalasını ələ keçirməyə nail oldu. Lakin onun Şuşada qətlə yetirilməsindən sonra İbrahimxəlil xan hakimiyyətini yenidən bərpa edə bildi.[1]
1805-ci ildə İbrahimxəlil xan ilə Rusiya generalı Sisianovun arasında imzalanmış Kürəkçay müqaviləsinə görə Qarabağ xanlığı Rusiya İmperiyasının tərkibinə keçdi.[4] 1806-cı ildə İbrahimxəlil xanın Qacarlar ilə birləşməsindən şübhələnən başda Mayor Lisaneviç başda olmaqla rus hərbçiləri heçbir araşdırma aparmadan xanı ailəsi ilə birlikdə qətlə yetirdilər. 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində imzalanmış Gülüstan müqaviləsinə əsasən Qacar İranı Qarabağın Rusiya himayəsinə keçməsini rəsmən qəbul etdi.[5]
İbrahimxəlil xanın ölümündən sonra 1806-ci ildə hakimiyyətə Mehdiqulu xan gəldi.[6] 1805-ci ilin iyulunda, Kürəkçay müqaviləsindən sonra çar I Aleksandr tərəfindən general-mayor rütbəsi verilmişdir. Mehdiqulu xan siyasi təzyiqlər üzündən 1822-ci ildə xanlığı tərk edərək İrana getmişdir. Bununla da Qarabağ xanlığı ləğv olunmuşdu.[7] Mehdiqulu xan sonradan xaiş edərək 1826-cı ildə Qarabağa döndü. Lakin ona sadəcə Qarabağda yaşamaq hüququ verildi və xan vəzifəsi bərpa olunmadı. Mehdiqulu xan 1845-ci ildə vəfat etdi.[8]
1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi cənub-qərbi Azərbaycanda yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında Qarabağ müharibəsi baş vermişdir. Müharibə getdikcə, keçmiş SSRİ respublikaları olan Azərbaycan və Ermənistan, Dağlıq Qarabağın yüksəkliklərində uzunçəkən, elan edilməmiş müharibə aparırdılar. Azərbaycan separatçı hərəkatı məhv etməyə çalışırdı. Yerli parlament özünü Ermənistanla birləşdirilməyin lehinə səs verib, seçicilərin əksəriyyətinin müstəqilliyə səs versə də, Dağlıq Qarabağın azərbaycanlı əhalisi referendumu boykot etmişdi. Ermənistan ilə birləşmək istəyən separatçı hərəkatının tələbi 1988-ci ildə yenidən, amma nisbətən dinc şəkildə başlasa da, növbəti aylarda — SSRİ dövlətinin dağılmasının yaxınlaşması səbəbindən, fikir ayrılığı etnik azərbaycanlılar ilə ermənilər arasında getdikcə böyüyən şiddətli münaqişəyə çevrilmiş və nəticədə tərəflərin etnik təmizləmə iddialarına səbəb olmuşdur.[9][10]
Tərəflər arasında etnik qruplararası qarşıdurmalar Dağlıq Qarabağ Muxtar Vilayətinin parlamentinin 20 fevral 1988-ci ildə Ermənistan ilə birləşmək qərarı verdikdən sonra başlamışdır. Azərbaycandan ayrılmaq haqqında bəyənnamə bu torpaq münaqişəsinin son nəticəsi olmuşdur.[11] Azərbaycan SSR-dən müstəqilliyini elan etdikdən sonra Qarabağ ermənilərinin əksəriyyəti, Azərbaycandan çəkilmək qərarına gəlmiş və qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini elan etmişdirlər.
Tərəflər arasında geniş miqyaslı döyüşlər 1992-ci ilin qışında başlamışdır. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) kimi bir neçə təşkilat, tərəflər arasındakı münaqişənin həllinin sonunu gətirmək istəsə də, cəhdlər uğursuz olmuşdur. 1993-cü ilin yazında Ermənistan qüvvələrinin anklavın tərkibində olmayan torpaqları işğal etməsi, regiondakı digər ölkələrin müharibəyə qatılması üçün təhdid yaratmışdır. 1994-cü ildə müharibə başa çatana qədər ermənilər Qarabağın əksər hissəsini demək olar ki, tam nəzarətlərinə keçirib, hazırda anklavın tərkibində olmayan Azərbaycan torpaqlarının 9 %-nə nəzarət edirlər.[12] Münaqişə nəticəsində Azərbaycandan 230.000 erməni, Ermənistan və Qarabağdan isə 800.000 azərbaycanlı məcburi köçkün olmuşdur.[13] 1991-1994-cü illərdə Qarabağda və dövlət sərhədində baş vermiş döyüş əməliyyatlarında 11.557 Azərbaycan hərbçisi şəhid olub.[14] Ən çoxsaylı itkilər 1992-1994-cü illərdə davam edən hərbi əməliyyatlar zamanı baş verib.[15] Erməni qüvvələrinin əsas itkiləri Azərbaycan ordusunun 1992-ci ilin yayında həyata keçirdiyi uğurlu hücum əməliyyatları zamanı qeydə alınıb.[15] Azərbaycan ordusunun itkiləri isə əsasən Ağdam döyüşlərində, habelə 1994-cü ilin qış-yaz aylarında Kəlbəcəri geri almaq üçün təşkil edilmiş hücum əməliyyatlarında baş verib.[15] 1994-cü ilin mayında Rusiyanın dəstəyi ilə atəşkəs əldə olunmuşdur. Daha sonra münaqişənin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün ATƏT-in Minsk qrupu yaradılıb.
Mündəricat
- 1 Tarix
- 1.1 Etimologiya
- 1.2 Qədim dövr
- 1.3 Orta əsrlər
- 1.4 Qarabağ xanlığı
- 1.5 Qarabağ Rusiya imperiyası tərkibində
- 1.6 Qarabağ Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918 — 1920)
- 1.7 Qarabağ Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918 — 1920)
- 1.8 Qarabağ Azərbaycan SSR dövründə (1920 — 1991)
- 1.9 Qarabağ üçüncü Respublika dövründə
- 1.9.1 Qarabağ müharibəsi
- 2 Coğrafiya
- 2.1 Relyef və geologiya
- 2.2 İqlim
- 3 Əhali
- 3.1 Demoqrafiya və etnik tərkib
- 3.2 Din
- 3.3 Dialekt
- 4 İnzibati bölgüsü
- 5 Dövlət idarəetməsi
- 5.1 İdarəçilik sistemi
- 5.2 İnzibati quruluş
- 5.3 Ordu
- 6 İqtisadiyyat
- 7 Mədəniyyət
- 8 Digər Məlumatlar
- 9 Xarici keçidlər
Tarix[redaktə | əsas redaktə]
Etimologiya[redaktə | əsas redaktə]
Qədim dövr[redaktə | əsas redaktə]
Orta əsrlər[redaktə | əsas redaktə]
Qarabağ xanlığı[redaktə | əsas redaktə]
1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Cavanşir sülaləsindən olan Pənahəli xan Qarabağ xanlığının əsasını qoymuşdu. Qarabağ xanlığı Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi.[1]
Səfəvi dövründə Qarabağ bəylərbəyliyinin paytaxtı Gəncə şəhəri olduğu üçün sonralar isə Əfşar imperiyası dövründə Qarabağ vilayəti Azərbaycan bəylərbəyliyinin paytaxtı Təbriz şəhərinə tabe olduğu üçün Qarabağ xanlığının yarandığı zaman burada sosial-iqtisadi mərkəz rolunu oynayan şəhər yox idi. Pənahəli xan bu məqsədlə 1748-ci ildə Kəbirli mahalında Bayat qalasının tikilməsini əmr etdi.[2] 1751-ci ildə isə Pənahəli xan Ağdam yaxınlığında Şahbulaq yaylağında daha möhkəm qala, yəni Şahbulaq qalasını tikdirdi. Lakin bu qala da coğrafi cəhətdən əlverişli yerdə yerləşmədiyi üçün Şuşakənddən bir qədər aralı,hündür,sıldırım dağ üstündə qalanın, Şuşa qalasının inşasına başlandı və 1756-1757-ci illərdə tikilib başa çatdırıldı. Qala Pənahabad, və ya Şuşa adlandırılırdı.[2]
1763-cü ildə Pənahəli xanın ölümündən sonra hakimiyyətə İbrahimxəlil xan gəldi. Məlikliklərə qarşı uğurlu müharibələr aparıldı. Ədəbiyyat və elm sahəsində Pənahəli xan dövrünə nisbətən daha çox irəliləyiş oldu.[3] İbrahimxəlil xanın dövründə Şuşada Gövhərağa məscidi inşa olundu. Lakin İbrahimxəlil xanın hakimiyyətinin sonlarında xüsusən də Ağaməhəmməd şah Qacarın yürüşlərindən və Rusiya-Qacar müharibələrindən sonra xanlıq zəifləməyə başladı. Ağaməhəmməd şah Qarabağa 1795 və 1797-ci illərdə 2 yürüş etdi. İkinci yürüşdə Şuşa qalasını ələ keçirməyə nail oldu. Lakin onun Şuşada qətlə yetirilməsindən sonra İbrahimxəlil xan hakimiyyətini yenidən bərpa edə bildi.[1]
1805-ci ildə İbrahimxəlil xan ilə Rusiya generalı Sisianovun arasında imzalanmış Kürəkçay müqaviləsinə görə Qarabağ xanlığı Rusiya İmperiyasının tərkibinə keçdi.[4] 1806-cı ildə İbrahimxəlil xanın Qacarlar ilə birləşməsindən şübhələnən başda Mayor Lisaneviç başda olmaqla rus hərbçiləri heçbir araşdırma aparmadan xanı ailəsi ilə birlikdə qətlə yetirdilər. 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində imzalanmış Gülüstan müqaviləsinə əsasən Qacar İranı Qarabağın Rusiya himayəsinə keçməsini rəsmən qəbul etdi.[5]
İbrahimxəlil xanın ölümündən sonra 1806-ci ildə hakimiyyətə Mehdiqulu xan gəldi.[6] 1805-ci ilin iyulunda, Kürəkçay müqaviləsindən sonra çar I Aleksandr tərəfindən general-mayor rütbəsi verilmişdir. Mehdiqulu xan siyasi təzyiqlər üzündən 1822-ci ildə xanlığı tərk edərək İrana getmişdir. Bununla da Qarabağ xanlığı ləğv olunmuşdu.[7] Mehdiqulu xan sonradan xaiş edərək 1826-cı ildə Qarabağa döndü. Lakin ona sadəcə Qarabağda yaşamaq hüququ verildi və xan vəzifəsi bərpa olunmadı. Mehdiqulu xan 1845-ci ildə vəfat etdi.[8]
Qarabağ Rusiya imperiyası tərkibində[redaktə | əsas redaktə]
Qarabağ Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918 — 1920)[redaktə | əsas redaktə]

Qarabağ Azərbaycan SSR dövründə (1920 — 1991)[redaktə | əsas redaktə]
Qarabağ üçüncü Respublika dövründə[redaktə | əsas redaktə]
Qarabağ müharibəsi[redaktə | əsas redaktə]
1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi cənub-qərbi Azərbaycanda yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında Qarabağ müharibəsi baş vermişdir. Müharibə getdikcə, keçmiş SSRİ respublikaları olan Azərbaycan və Ermənistan, Dağlıq Qarabağın yüksəkliklərində uzunçəkən, elan edilməmiş müharibə aparırdılar. Azərbaycan separatçı hərəkatı məhv etməyə çalışırdı. Yerli parlament özünü Ermənistanla birləşdirilməyin lehinə səs verib, seçicilərin əksəriyyətinin müstəqilliyə səs versə də, Dağlıq Qarabağın azərbaycanlı əhalisi referendumu boykot etmişdi. Ermənistan ilə birləşmək istəyən separatçı hərəkatının tələbi 1988-ci ildə yenidən, amma nisbətən dinc şəkildə başlasa da, növbəti aylarda — SSRİ dövlətinin dağılmasının yaxınlaşması səbəbindən, fikir ayrılığı etnik azərbaycanlılar ilə ermənilər arasında getdikcə böyüyən şiddətli münaqişəyə çevrilmiş və nəticədə tərəflərin etnik təmizləmə iddialarına səbəb olmuşdur.[9][10]
Tərəflər arasında etnik qruplararası qarşıdurmalar Dağlıq Qarabağ Muxtar Vilayətinin parlamentinin 20 fevral 1988-ci ildə Ermənistan ilə birləşmək qərarı verdikdən sonra başlamışdır. Azərbaycandan ayrılmaq haqqında bəyənnamə bu torpaq münaqişəsinin son nəticəsi olmuşdur.[11] Azərbaycan SSR-dən müstəqilliyini elan etdikdən sonra Qarabağ ermənilərinin əksəriyyəti, Azərbaycandan çəkilmək qərarına gəlmiş və qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini elan etmişdirlər.
Tərəflər arasında geniş miqyaslı döyüşlər 1992-ci ilin qışında başlamışdır. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) kimi bir neçə təşkilat, tərəflər arasındakı münaqişənin həllinin sonunu gətirmək istəsə də, cəhdlər uğursuz olmuşdur. 1993-cü ilin yazında Ermənistan qüvvələrinin anklavın tərkibində olmayan torpaqları işğal etməsi, regiondakı digər ölkələrin müharibəyə qatılması üçün təhdid yaratmışdır. 1994-cü ildə müharibə başa çatana qədər ermənilər Qarabağın əksər hissəsini demək olar ki, tam nəzarətlərinə keçirib, hazırda anklavın tərkibində olmayan Azərbaycan torpaqlarının 9 %-nə nəzarət edirlər.[12] Münaqişə nəticəsində Azərbaycandan 230.000 erməni, Ermənistan və Qarabağdan isə 800.000 azərbaycanlı məcburi köçkün olmuşdur.[13] 1991-1994-cü illərdə Qarabağda və dövlət sərhədində baş vermiş döyüş əməliyyatlarında 11.557 Azərbaycan hərbçisi şəhid olub.[14] Ən çoxsaylı itkilər 1992-1994-cü illərdə davam edən hərbi əməliyyatlar zamanı baş verib.[15] Erməni qüvvələrinin əsas itkiləri Azərbaycan ordusunun 1992-ci ilin yayında həyata keçirdiyi uğurlu hücum əməliyyatları zamanı qeydə alınıb.[15] Azərbaycan ordusunun itkiləri isə əsasən Ağdam döyüşlərində, habelə 1994-cü ilin qış-yaz aylarında Kəlbəcəri geri almaq üçün təşkil edilmiş hücum əməliyyatlarında baş verib.[15] 1994-cü ilin mayında Rusiyanın dəstəyi ilə atəşkəs əldə olunmuşdur. Daha sonra münaqişənin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün ATƏT-in Minsk qrupu yaradılıb.
Coğrafiya[redaktə | əsas redaktə]
Relyef və geologiya[redaktə | əsas redaktə]
İqlim[redaktə | əsas redaktə]
Əhali[redaktə | əsas redaktə]
Demoqrafiya və etnik tərkib[redaktə | əsas redaktə]
Din[redaktə | əsas redaktə]
Dialekt[redaktə | əsas redaktə]
İnzibati bölgüsü[redaktə | əsas redaktə]
Dövlət idarəetməsi[redaktə | əsas redaktə]
İdarəçilik sistemi[redaktə | əsas redaktə]
İnzibati quruluş[redaktə | əsas redaktə]
Ordu[redaktə | əsas redaktə]
İqtisadiyyat[redaktə | əsas redaktə]
Mədəniyyət[redaktə | əsas redaktə]
Digər Məlumatlar[redaktə | əsas redaktə]
- ↑ 1,0 1,1 1,2 1,3 azerbaijan-news.az. "Qarabağ xanlığı" (azərb.). Camal Mustafayev (17 Fevral 2015). 6 fevral 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2018.
- ↑ 2,0 2,1 2,2 2,3 Azens.az. "Qarabağ xanlığı və banisi Pənahəli xan" (azərb.) (22 dekabr 2013). 6 fevral 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2018.
- ↑ 3,0 3,1 Əmrаhоv Mаis, Çingizоğlu Ənvər, Həsənоv Hаbil.s.172.
- ↑ 4,0 4,1 Potier, Tim (2001). Conflict in Nagorno-Karabakh, Abkhazia and South Ossetia: A Legal Appraisal. Martinus Nijhoff Publishers, 1. ISBN 90-411-1477-7.
- ↑ 5,0 5,1 anl.az. "Kürəkçay faciəsi — Qarabağın Rusiya imperiyası tərəfindən faktiki işğalı tarixidir" (azərb.). Uğur (14 may 2013). 6 fevral 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2018.
- ↑ 6,0 6,1 Zemfira Hacıyeva.s.66.
- ↑ 7,0 7,1 Busse, H.. "Abu’l-Fatḥ Khan Javānšīr". Encyclopædia Iranica. http://www.iranicaonline.org/articles/abul-fath-khan-javansir-son-of-the-ruler-of-qarabag-ebrahim-kalil-khan-javansir-and-through-his-sister-brother-in-law-of-fath-ali-shah. İstifadə tarixi: 2011-10-09.
- ↑ 8,0 8,1 Mustafazadə Tofiq.s.206.
- ↑ 9,0 9,1 Rieff, David (June 1997). "Without Rules or Pity" Nəşr edən: Council on Foreign Relations 76 (2). İstifadə tarixi: 22 avqust 2016.
- ↑ 10,0 10,1 Lieberman, Benjamin (2006). Terrible Fate: Ethnic Cleansing in the Making of Modern Europe. Chicago: Ivan R. Dee, 284–292. ISBN 1-56663-646-9.
- ↑ 11,0 11,1 Croissant, Michael P. (1998). The hddshnia-Azerbaijan Conflict: Causes and Implications. London: Praeger. ISBN 0-275-96241-5.
- ↑ 12,0 12,1 De Waal. Black Garden, p. 286.
- ↑ 13,0 13,1 The Central Intelligence Agency "The CIA World Factbook: Transnational Issues in Country Profile of Azerbaijan".
- ↑ 14,0 14,1 "Qarabağ müharibəsində nə qədər şəhid vermişik? – Foto". oxu.az. oxu.az.
- ↑ 15,0 15,1 15,2 15,3 15,4 15,5 "Qarabağ müharibəsində ən çox hansı rayon itki verib?". musavat.com. musavat.com.
Xarici keçidlər[redaktə | əsas redaktə]
- Virtual Qarabağ (azərb.) (ing.) (rus.)
- Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması (azərb.) (ing.) (rus.)
Arran • Qarabağ • Kaspiana • Layzan • Şirvan • Güştəsbi • Şəki • Muğan • Məsqət • Çuxursəəd • Şabran • Borçalı • Zəngəzur • Qaradağ |
|